Böcək (Həşərat) allergiyası müalicəsi
  • 2022-10-03 10:27:00

Böcək (Həşərat) allergiyası müalicəsi


Böcək allergiyası.

Böcək allergiyalarına bir neçə böcək dişləməsi və sancmaları daxildir.

Bal arısı, yabanı arı,eşşək arısı sancması, ağcaqanad,birə, bəzi milçək dişləmələri və s.

Böcək allergiyaları arasında ən çox rast gəlinən arı sancmalarıdır.

Arı allergiyası .

Arı sancmasına bağlı reaksiyalar hər yaşda görülə bilər. Ən çox bal arısı və yabanı arı sancmasına bağlı reaksiyalar görülür. Böcəklərin sancdığı yerlərdə adətən  şişkinlik, ağrı, qızartı kimi əlamətlər yaranır. Bu normal bir reaksiyadır. Adətən bir neçə saat və ya gün  ərzində tam geri çəkilir.

Arı sancmasına bağlı allergik reaksiyalar adətən 2 şəkildə özünü göstərir.

  1. Geniş yerli reaksiyalar
  2. Sistematik reaksiyalar

Geniş yerli reaksiyalar adətən yüngül başlayır, sonra tədricən artaraq 20 sm -i keçən bütün qolu, ayağı tutan ödem, qızartı, şişkinliklə əvəz olunur. Bu reaksiyalar adətən 5-10 gün sonra azalır.

Arı sancmasına bağlı çox təhlükəli, həyatı təhlükəli sistematik reaksiyalar da görülə bilər. Anafilaksiya dediyimiz bu reaksiya zamanı müxtəlif orqan və toxumalarda reaksiyalar yaranır.

  1. Övrə - dəridə səpgi, qaşınma, şişkinlik
  2. Üzdə , dildə, boğazda ödem
  3. Nəfəs almada çətinlik
  4. Başgicəllənmə
  5. Qarında ağrı, sancı
  6. Ürəkbulanma, qusma, ishal

Bu vəziyyətdə təcili təxirə salınmaz tibbi yardım göstərilməzsə bu allergiya ölümlə nəticələnə bilər.  

Diaqnoz klinik müayinə və anamnez əsasında qoyulur. Dəri testi və qandan spesifik immunoqlobulin E  yoxlanılmaqla diaqnoz dəqiqləşdirilir.

Böcək (Həşərat) allergiyası müalicəsi

Böcək allergiyasından qorunma.

  • Arı yuvalarından uzaq durmaq
  • Parlaq, al-əlvan geyimlərdən uzaq durmaq
  • Şirin qoxulu ətirlər vurmamaq
  • Ayaqyalın gəzməyin
  • Çəmənlikdə, piknikdə ehtiyatlı olmağı unutmayın.

Böcək allergiyasının müalicəsi.

Ciddi reaksiya olmayan arı sancmalarında şişkinliyi aradan qaldırmaq üçün  soyuq kompress qoymaq, ağrı olarsa ağrikəsici qəbul etmək olar.

Geniş yerli reaksiyalarda şişkinliyin artmasının qarşısını almaq üçün soyuq kompress etmək olar. Lakin yayılmış şişkinliyi və iltihabı aradan qaldırmaq üçün həkim tərəfindən  allergiya əleyhinə müalicə təyin olunmalıdır.

Təzyiqin düşməsi, hava çatışmazlığı, ürəkdöyünmə, boğulma, dəridə səpgi, şişkinlik, dodaqlarda, göz qapaqlarında şişkinlik və. s ciddi simptomlarla özünü göstərən arı sancması zamanı təcili, vaxt itirmədən tibbi müdaxilə lazımdır.

Allerqoloq Gülnar Quliyeva qeyd edir ki, arı sancması sonrası belə anafilaksiya keçirən xəstələrə növbəti arı sancması olarsa , xəstə özü vaxt itirmədən özünə vura biləcəyi,  birdəfəlik hazır şprislərdə olan  adrenalin iynələri təyin olunur.

Iynə hazır şpris  şəklində olur, budun yuxarı 1/3 – nə vurulur. Bu iynə şok əleyhinə tədbir olub, həkimə çatana qədər baş verəcək  təhlükəni aradan qaldırmaq üçündür.

 

Böcək (Həşərat) allergiyasının ən effektiv müalicəsi

Bütün dünyada olduğu kimi ölkəmizdə də Böcək (həşərat) Allergiyası sayı sürətlə artmaqdadır.

Böcək (həşərat) Allergiyası çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.

Yalnış Böcək (həşərat) Allergiyası müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda Böcək (həşərat) Allergiyası beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.

Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.
Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.

ŞƏRHLƏR

XİDMƏTİMİZİ DƏYƏRLƏNDİR

Xidmətdən yararlanmısınızsa rəy bildirim ulduz qoya bilərsiniz.

Allergiya problemim indi yoxdur. Çox sağ olun!

Gülnar Quliyevanın müalicəsindən sonra özümü çox yaxşı hiss edirəm.

Çox diqqətcil yanaşır. Mənim üçün ən doğru həkim oldu.

Peşəkar və qayğıkeş həkimdir. Çox minnətdaram.

Ən çətin vaxtımda mənə çox dəstək oldu. Çox sağ olsun.

Qısa zamanda sağaldım. Peşəkar yanaşmasına görə təşəkkür edirəm.

Allergiyadan sonra həyatım çox dəyişdi. Gülnar xanımın köməyi böyükdür.

Qızım indi rahat yatır, allergiyası yoxdur. Çox təşəkkürlər.

Çox gözəl həkimdir, hər kəsə tövsiyə edirəm.

Diaqnozu çox tez qoydu və doğru müalicə yazdı. Çox sağ olsun.

Hər zaman mehribanlıqla yanaşır və müalicəsi effektlidir.

Gülnar xanım çox savadlı və diqqətcil həkimdir. Çox razı qaldım.

Müalicədən sonra allergiyam tam keçdi. Əla nəticə!

Həmişə ünsiyyətcil və anlayışlıdır. Mənim üçün ideal həkimdir.

Peşəkarlığına söz ola bilməz. Minnətdaram.

Dəri problemlərim indi yoxdur. Çox şadam.

Çox gözəl həkimdir, hər zaman dəstək olur.

Mənim üçün allergiya indi keçmişdə qaldı. Çox təşəkkür edirəm.

Çox diqqətcil və müasir üsullarla müalicə aparır.

Astma problemi ilə bağlı müraciət etmişdim. İndi hər şey qaydasındadır.

Gülnar xanım sayəsində həyat keyfiyyətim dəyişdi. Özümü çox yaxşı hiss edirəm.

Allergiya mövzusunda çox biliklidir. Mənim üçün ən doğru mütəxəssisdir.

Qida allergiyam indi yoxa çıxıb. Gülnar xanıma minnətdaram.

Həkim kimi yanaşması çox səmimi və anlayışlıdır. Çox sağ olsun.

Burun allergiyamdan əziyyət çəkirdim. İndi rahat nəfəs alıram.

Hər zaman suallarımı cavablandırır, etibarlı və bilikli həkimdir.

Çox diqqətcil həkimdir. Mənə verdiyi məsləhətlər həyatımı yüngülləşdirdi.

Allergiya testlərini çox dəqiq izah etdi. Artıq səbəbi bilirəm və müalicə alıram.

İnsan kimi çox mehribandır, həkim kimi isə tam peşəkar.

Çoxlu dərmanlar yox, sadə amma effektiv müalicə yazdı. Bu yanaşması çox xoşuma gəldi.

Qızımın astma problemi indi nəzarət altındadır. Gülnar xanıma təşəkkür edirik.

Qısa zamanda düzgün diaqnoz qoydu və nəticə əldə etdim. Əla həkimdir.

Səmimiyyəti və peşəkarlığı ilə fərqlənir. Çox razı qaldım.

Gülnar Quliyeva xəstələrinə böyük diqqət göstərir. Mənim üçün ən yaxşı allerqoloqdur.

İllərlə davam edən burun tıxanıqlığım indi keçib. Çox minnətdaram.

Gülnar xanımın yanaşması çox xoşuma gəldi. Sakit və anlayışlı izah etdi.

Mənə ən düzgün müalicə yolunu göstərdi. İndi allergiya demək olar ki, yox dərəcəsindədir.

Allerqologiyada çox bilikli və müasir yanaşmalı bir həkimdir. Çox məmnun qaldım.

Oğlumun qida allergiyası vardı, indi çox rahatıq. Gülnar xanıma minnətdarıq.

Dr. Gülnar xanımın yazdığı dərmanlar çox qısa zamanda təsir göstərdi. Mənim üçün həyat keyfiyyətim dəyişdi.

Çox diqqətlə dinlədi, hər sualıma cavab verdi. Müalicənin nəticəsi də əladır.

Dəri allergiyamla bağlı illərlə əziyyət çəkirdim. Müalicədən sonra problem demək olar ki, qalmadı.

Müraciət etdiyim ən səmimi və peşəkar həkimlərdən biridir. Gülnar xanıma minnətdaram.

Türkiyədə təcrübə keçmiş həkim olması böyük üstünlükdür. Müalicəmdən çox razıyam.

Qızımın allergiyası ilə bağlı çox narahat idim. Gülnar xanımın dəstəyi ilə uşaq indi sağlam və xoşbəxtdir.

Müalicə prosesində həm izahlı, həm də qayğıkeş yanaşması ilə fərqlənir. Mənim üçün ən yaxşı allerqoloq oldu.

Bir çox həkimə müraciət etmişdim, amma nəticə görmürdüm. Dr. Gülnar Quliyeva qısa zamanda kömək etdi. Özümü çox yaxşı hiss edirəm.

Gülnar xanım çox diqqətli və peşəkar həkimdir. Mənim allergiya testlərimi dəqiq izah etdi və düzgün müalicə yazdı.

Uzun müddət allergiya səbəbindən həyatım çox çətin idi. Dr. Gülnar xanımın müalicəsindən sonra ilk dəfə rahat nəfəs aldım. Çox təşəkkür edirəm!

Shape