Böcək (Həşərat) allergiyası müalicəsi
Böcək allergiyası.
Böcək allergiyalarına bir neçə böcək dişləməsi və sancmaları daxildir.
Bal arısı, yabanı arı,eşşək arısı sancması, ağcaqanad,birə, bəzi milçək dişləmələri və s.
Böcək allergiyaları arasında ən çox rast gəlinən arı sancmalarıdır.
Arı allergiyası .
Arı sancmasına bağlı reaksiyalar hər yaşda görülə bilər. Ən çox bal arısı və yabanı arı sancmasına bağlı reaksiyalar görülür. Böcəklərin sancdığı yerlərdə adətən şişkinlik, ağrı, qızartı kimi əlamətlər yaranır. Bu normal bir reaksiyadır. Adətən bir neçə saat və ya gün ərzində tam geri çəkilir.
Arı sancmasına bağlı allergik reaksiyalar adətən 2 şəkildə özünü göstərir.
- Geniş yerli reaksiyalar
- Sistematik reaksiyalar
Geniş yerli reaksiyalar adətən yüngül başlayır, sonra tədricən artaraq 20 sm -i keçən bütün qolu, ayağı tutan ödem, qızartı, şişkinliklə əvəz olunur. Bu reaksiyalar adətən 5-10 gün sonra azalır.
Arı sancmasına bağlı çox təhlükəli, həyatı təhlükəli sistematik reaksiyalar da görülə bilər. Anafilaksiya dediyimiz bu reaksiya zamanı müxtəlif orqan və toxumalarda reaksiyalar yaranır.
- Övrə - dəridə səpgi, qaşınma, şişkinlik
- Üzdə , dildə, boğazda ödem
- Nəfəs almada çətinlik
- Başgicəllənmə
- Qarında ağrı, sancı
- Ürəkbulanma, qusma, ishal
Bu vəziyyətdə təcili təxirə salınmaz tibbi yardım göstərilməzsə bu allergiya ölümlə nəticələnə bilər.
Diaqnoz klinik müayinə və anamnez əsasında qoyulur. Dəri testi və qandan spesifik immunoqlobulin E yoxlanılmaqla diaqnoz dəqiqləşdirilir.
Böcək allergiyasından qorunma.
- Arı yuvalarından uzaq durmaq
- Parlaq, al-əlvan geyimlərdən uzaq durmaq
- Şirin qoxulu ətirlər vurmamaq
- Ayaqyalın gəzməyin
- Çəmənlikdə, piknikdə ehtiyatlı olmağı unutmayın.
Böcək allergiyasının müalicəsi.
Ciddi reaksiya olmayan arı sancmalarında şişkinliyi aradan qaldırmaq üçün soyuq kompress qoymaq, ağrı olarsa ağrikəsici qəbul etmək olar.
Geniş yerli reaksiyalarda şişkinliyin artmasının qarşısını almaq üçün soyuq kompress etmək olar. Lakin yayılmış şişkinliyi və iltihabı aradan qaldırmaq üçün həkim tərəfindən allergiya əleyhinə müalicə təyin olunmalıdır.
Təzyiqin düşməsi, hava çatışmazlığı, ürəkdöyünmə, boğulma, dəridə səpgi, şişkinlik, dodaqlarda, göz qapaqlarında şişkinlik və. s ciddi simptomlarla özünü göstərən arı sancması zamanı təcili, vaxt itirmədən tibbi müdaxilə lazımdır.
Allerqoloq Gülnar Quliyeva qeyd edir ki, arı sancması sonrası belə anafilaksiya keçirən xəstələrə növbəti arı sancması olarsa , xəstə özü vaxt itirmədən özünə vura biləcəyi, birdəfəlik hazır şprislərdə olan adrenalin iynələri təyin olunur.
Iynə hazır şpris şəklində olur, budun yuxarı 1/3 – nə vurulur. Bu iynə şok əleyhinə tədbir olub, həkimə çatana qədər baş verəcək təhlükəni aradan qaldırmaq üçündür.
Böcək (Həşərat) allergiyasının ən effektiv müalicəsi
Bütün dünyada olduğu kimi ölkəmizdə də Böcək (həşərat) Allergiyası sayı sürətlə artmaqdadır.
Böcək (həşərat) Allergiyası çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.
Yalnış Böcək (həşərat) Allergiyası müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda Böcək (həşərat) Allergiyası beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.
Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.