Dəri testi nədir ? Nə üçün lazımdır?
  • 2022-10-05 09:51:56

Dəri testi nədir ? Nə üçün lazımdır?


Allergiya – immun sistemin orqanizm üçün zərərsiz olan hər hansı bir maddəyə aşırı həssaslığı və anormal cavab reaksiyasıdır. Belə maddələrə yəni, allergiyaya səbəb olan maddələrə allergen deyilir.

Allergik xəstəlikləri müalicə etmək üçün biz ilk növbədə bu allergenləri aşkarlanmalı və mümkünsə həmin maddələrdən qorunmalıyıq. Allergenləri təyin etmək üçün ən çox istifadə etdiyimiz üsul dəri testidir.

 

 

Dəri testi və ya prick test qolun ön səthinin dərisinə müəyyən allergen məhlullarını , tənəffüs yolu allergenlərini (ev tozu , kif göbələyi, ev heyvanlarının allergenləri, məsələn it, pişik və s, yabanı otların, taxılların, agacların tozcuqlarını) , qida maddələrinin allergenlərini damladaraq aparılır. Allergen damlası üzərinə dəri testinə məxsus özəl iynə ilə təmas edilir, allergen dəriyə yeridilir. 15-20 dəqiqə sonra test dəyərləndirilir. 3 mm – dən böyük şişlik pozitiv kimi dəyərləndirilir. Dəri testində pozitiv nəticə allergenə qarşı həssaslığı göstərir. Bəzən tam sağlam insanlarda da test zamanı müəyyən allergenlərdə pozitiv nəticə görülə bilər. Bu həmin insanda xəstəlik olmadan yalnızca həssaslığı , sensibilizasiyanı göstərir.

Beləliklə, dəri testi allerqodiaqnostikda ən həssas metoddur, amma alınan nəticələr mütləq xəstənin şikayəti ilə müqayisə olunaraq yorumlanmalıdır.

dəri testi

Dəri testini allergik xəstəliyin remissiya mərhələsində , yəni allergiya ilə bağlı simptomların olmadığı mərhələdə etmək lazımdır. Yəni bronxial astmalı pasientdə öskürək , xırıltı , xışıltı, təngnəfəslik varsa, allergik riniti olan pasientdə burun tutqunluğu, asqırma kimi şikayətlər varsa ilk öncə müalicə alması, bütün simptomlar nəzarət altına alindıqdan sonra dəri testi olunması lazımdır.

Dəri testindən 5-7 gün öncə allergiya əleyhinə dərmanların qəbulu dayandırılmalıdır. Bundan başqa bir sıra dərmanlar, məsələn bəzi öskürəkəleyhinə siropların, soyuqdəymə müalicəsində istifadə olunan paket-tozların, siropların da tərkibində allergiya əleyhinə dərmanlar olduğuna görə qəbul olunan dərmanlar haqqında allerqoloqa düzgün məlumat verilməlidir.

Burun spreyləri, nəfəs yolu , inqalyasiya ilə alınan dərmanların test üzərində bir təsiri yoxdur, yəni bu dərmanları qəbul edərək test oluna bilər.

Qida qəbulunun dəri testinin nəticəsinə təsiri yoxdur. Dəri testini həmm acqarına, həm də qida qəbulundan sonra etmək mümkündür. Amma toxqarına test olunması daha məqsədəuyğundur.

 

Dəri testi

Bütün dünyada olduğu kimi ölkəmizdə də dəri testi sayı sürətlə artmaqdadır.

dəri testi çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.

Yalnış dəri testi müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda dəri testi beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.

Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.
Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.

ŞƏRHLƏR

XİDMƏTİMİZİ DƏYƏRLƏNDİR

Xidmətdən yararlanmısınızsa rəy bildirim ulduz qoya bilərsiniz.

Bir neche vaxtdir bedenimde sepkiler ve qashinti vardi. Gulnar doxtura muraciet etdim indi qashintilardan azadam.

Shape