Qida allergiyasının ən effektiv müalicəsi və əlamətləri
Qida allergiyası immun sistemin müəyyən qidalara qarşı verdiyi anormal reaksiya nəticəsində yaranır.
Praktik olaraq bütün qidalar qida allergiyası yarada bilər.
- Bəzi qidalar xüsusilə erkən uşaqlıq dövründə (məsələn inək südü) , bəziləri isə ömür boyu davam edərək (məsələn fıstıq ) allergik reaksiyalara səbəb olur.
- Allergik reaksiyalar qidanın qəbul edildiyi ilk dəqiqələrdən bir neçə saat ərzində ortaya çıxır.
- Allergiyaya en çox səbəb klan qidalara inək südü, yumurta, balıq, qabıqlı dəniz məhsulları , fındıq, fıstıq, qoz, pomidor, çiyələk , şokolad və. s.
- Bəzi qidalar tərkibindəki qatqı maddələrindən dolayı allergik reaksiyalara səbəb ola bilirlər. Mısələn, mayonez, ketçup və s.
- Qida allergiyası dəridə qaşınma, səpgi, qabarma, burunda tutqunluq, asqırma, burun axıntısı, ishal, qəbizlik, astma, boğazda qıcıqlanma, quru öskürək kimi şikayətlərlə özünü göstərə bilər, eyni zamanda həyati təhlükə yaradaraq anafilaktik reaksiyalara səbəb ola bilər.
- Diaqnoz xəstənin klinik şikayətlərinə, dəri testi və ya qandan spesifik İg E analizi nəticələrinə görə qoyulur.
Qida allergiyası daha çox harada qeydə alınır?
Ötən 30 il ərzində qida allergiyasının tezliyi daha da artıb. Xüsusilə də sənayeləşmiş cəmiyyətlərdə. Artımın dəqiq ölçüsü isə qida və xəstənin yaşadığı yerdən asılıdır.
Məsələn, 1995 və 2016-cı il aralığında BK-da yer fıstığına qarşı allergik olanların sayı beş dəfə artıb.
Londonun King's Kollecində 1300 üç yaşlı uşaq arasında aparılan EAT Araşdırması göstərib ki, iştirakçılardan 2.5 faizində yer fıstığına qarşı allergiya var.
Bütün dünyada olduğu kimi ölkəmizdə də qida allergiyası sayı sürətlə artmaqdadır.
qida allergiyası çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.
Yalnış qida allergiyası müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda qida allergiyası beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.
Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.